Köhnə döyüşçü, "Neftçi"nin 31 illik "əsgər"i - VİDEO

29 Yanvar 2023 21:20 Neftçi 1 462
Köhnə döyüşçü, "Neftçi"nin 31 illik "əsgər"i - VİDEO

Bu gün Azərbaycanın ən yaxşı uşaq məşqçisi İslam Kərimov üçün əlamətdardır.

Onun 56 yaşı tamam olur.

Kərimov yığma komanda ilə Avropa çempionatında qrup mərhələsini adlayan ilk azərbaycanlı baş məşqçidir.

U-17 20 il öncə məhz İslam bəyin rəhbərliyi altında qitə birinciliyinin ilkin təsnifat raundunu uğurla keçib.

«Neftçi»nin bəxti gətirib - o, 31 ildir bu kluba xidmət edir. İndiyədək yüzlərlə futbolçu yetişdirib, millilərə, klublara qazandırıb. Hal-hazırda da bu yoldadır, gələcək nəsillərə xidmət edir, əziyyət çəkir.

O, həm də köhnə döyüşçüdür. I Qarabağ Müharibəsində könüllü olaraq orduya qoşulub, ermənilərə qarşı döyüşüb.

Rəhmətlik Allahverdi Bağırovun batalyonunda vuruşub, bir sıra əməliyyatlarda iştirak edib.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
14 İyun 20:00 Çək və bizə göndər!