"Neftçi"nin legioneri Yusuf Lavalın "Arouka"ya keçidi rəsmiləşib.
Nigeriyalı yeni komandası ilə 3,5 illik müqavilə imzalayıb.
"Neftçi" Lusuf Lavalı 2020-ci ilin yayında Belçikadan - "Lokeren"dən transfer etmişdi. O, cari mövsümdə "ağ-qaralar"ın heyətində meydana çıxdığı 24 matçda 1 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.
Portuqaliya təmsilçisi 24 yaşlı vingerin transferini video ilə açıqlayıb. Təqdimat kifayət qədər maraqlı üslubda həyata keçirilib.
Burada Lionel Messi və Kriştianu Ronaldonun fotolarından istifadə olunub.
"Arouka" Bakı təmsilçisindən 25 min avroya aldığı afrikalını argentinalı və portuqaliyalı ulduzdan üstün tutmasını nümayiş etdirib.
SPORTİNFO.AZ
VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN:

