Nigeriyalı "Neftçi"yə “göz qırpdı”: "Tezliklə yenidən görüşəcəyik"

29 Yanvar 2023 00:30 Neftçi 1 821
Nigeriyalı "Neftçi"yə “göz qırpdı”: "Tezliklə yenidən görüşəcəyik"

"Neftçi"dən "Arouka"ya (Portuqaliya) transfer olunan Yusuf Laval "ağ-qaralar"la vidalaşıb.

Sportinfo.az xəbər verir ki, 24 yaşlı vinger instaqram hesabında paylaşım edib.

Nigeriyalı azarkeşlərə təşəkkürünü bildirib:

"Təşəkkürlər, "Neftçi" ailəsi! 30 ay ərzində məni sevgi ilə qarşıladıqları üçün Bakı şəhərinə və bütün azarkeşlərə dərin təşəkkürümü bildirirəm.

Klub prezidenti Kamran Quliyevə böyük hörmətim var. Baş məşqçi Laurentsiu Regekampf və onun bütün heyətinə təşəkkür edirəm.

Xüsusilə də, idman direktoru Zaur Əzizov və menecer Qədir Həsənov. Nəhayət, mənimlə işlədiyiniz və böyüməyimə kömək etdiyiniz üçün təşəkkür edirəm.

Əminəm ki, tezliklə yenidən görüşəcəyik. Çünki futbol qlobal ailə işidir. Hamınıza təşəkkür edirəm, Allah sizdən razı olsun".

Yusuf Laval "Neftçi"yə 2020-ci ilin yayında Belçika "Lokeren"indən keçmişdi. O, yeni komandası ilə 3,5 illik müqavilə imzalayıb.

Digər Xəbərlər
Xəbər Lenti
16 Sentyabr 18:10 Çək və bizə göndər!
16 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
16 Sentyabr 08:40 Cəfərov UEFA-ya lazım oldu
16 Sentyabr 05:10 “Şahdağ” Bayıl yolunda
16 Sentyabr 02:50 "Kəpəz"in 1000 oyunu var