"Neftçi"dən az pula getdi – Səbəbkar rumıniyalıdır

28 Yanvar 2023 16:00 Neftçi 1 631
"Neftçi"dən az pula getdi – Səbəbkar rumıniyalıdır

"Neftçi"dən ayrılan Qodsvey Donyonun "Apollon"a keçidi rəsmiləşdi.

29 yaşlı forvard Limassol təmsilçisi ilə müddəti 2025-ci ilin yayınadək nəzərdə tutulmuş müqavilə imzaladı.

Kipr klubu bu transferin reallaşması üçün Azərbaycan tərəfinə 100 min dollar civarında təzminat ödəyib. Hər halda ”Neftçi”də n gələn xəbərlər bu yöndədir.

Qanalı legionerin özü ilk vaxtlar "Apollon"da böyük pul qazanmayacaq. İlk mövsümündə aylıq gəliri 10 min dolları keçməyəcək. Növbəti sezonlarda isə bu məbləğ bir qədər artırılacaq.

Gerçəyi söyləmək lazımdırsa, o, pula görə Kiprə yollanmayıb. Adıçəkilən hücumçunu ”Neftçi”də işlərinin yaxşı getməməsi, daha dəqiqi, Lorentsiu Regekampfla çalışmaq rahatsız edib.

Rumıniyalı baş məşqçinin məşq prosesi və taktiki seçimləri forvardı narazı salıb.

Donyo ötən ilin yayında keçdiyi “Neftçi”də 21 matçda 5 qol vurub. Onun "ağ-qaralar"la sözləşməsi 2024-cü ilin yayınadək nəzərdə tutulmuşdu.

Qananın “Right to Dream” akademiyasının yetirməsi olan Donyo oranı bitirəndən sonra – 2013-cü ildə İngiltərəyə - “Mançester Siti”yə yollanıb.

Mançester təmsilçisi onu əvvəlcə İsveçin “Yurqorden” (2013), daha sonra “Falkenberq” (2014-2015) klublarına icarəyə verib.

Ardından Danimarka “Norşelland”ına (2016-2020) transfer olunan ön xətt oyunçusu 2020-ci ildə Almaniyada “Dinamo”ya (Drezden) icarəyə verilib.

Donyo sonuncu klubu “Makkabi” (Hayfa, 2020-2022) ilə İsrail çempionatının (2021, 2022), Liqa Kubokunun (2022) və Superkubokunun (2021) qalibi olub.

Qanalı hücumçu 15-i çempionat, (5 qol) 2-si kubok, 4-ü avrokubok (1 qol) olmaqla, 21 rəsmi matçda “Neftçi”nin formasını geyinib, 6 qol vurub.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 11:20 GƏLİN və GÖRÜN!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu
19 Aprel 01:00 "Futbol əməliyyatı"