"Neftçi"dən 4-cü transfer xəbəri verildi - SON DƏQİQƏ

28 Yanvar 2023 10:40 Neftçi 3 896
"Neftçi"dən 4-cü transfer xəbəri verildi - SON DƏQİQƏ

"Neftçi" daha bir transfer xəbərini açıqlamağa hazırlaşır.

Bu haqda Sportifno.az-a paytaxt təmsilçisindən məlumat verilib.

Bildirilib ki, yarımmüdafiə xəttində çıxış edən legionerlə hazırda danışıqlar son mərhələdədir.

Əcnəbi futbolçu ona təklif olunan şəxsi müqavilə şərtləri ilə razılaşıb. Hələlik açıq qalan məsələ onun müqavilə ilə məxsus olduğu klubu razı salmaqdır.

Görüşmələr bu minvalla davam etsə, qarşıdakı günlərdə keçid rəsmiləşəcək.

"Neftçi" yeni ildə artıq 3 transfer həyata keçirib.

Mövsümün ilk yarısını icarə əsasında "Traktor"da yola vermiş "Sumqayıt"lı müdafiəçi Höccət Haqverdi və "Astana"dan (Qazaxıstan) fransalıı vinger Kilan Lebonla müqavilə imzalanıb.

“JEF Yunayted Çiba”dan (Yaponiya) braziliyalı hücumçu Mateus Saldanya birillik icarəyə götürülüb.

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"