"Neftçi"ni seçən hücumçu: "Hər şey Tanrının əlindədir"

28 Yanvar 2023 11:00 Neftçi 1 325
"Neftçi"ni seçən hücumçu: "Hər şey Tanrının əlindədir"

"Neftçi"nin yeni transferi Mateus Saldanya "ağ-qaralar"a keçidi haqda yazıb.

Sportinfo.az xəbər verir ki, braziliyalı hücumçu instaqram hesabında paylaşım edib.

23 yaşlı forvard xoşbəxt və motivasiyalı olduğunu deyib:

"Yeni çağırış üçün xoşbəxt və motivasiyalıyam. Hər şey Tanrının əlindədir".

"Neftçi" Mateus Saldanyanı Yaponiyanın "Cef Yunayted İtixara Tiba" klubundan 1 illik icarəyə götürüb.

Digər Xəbərlər
Xəbər Lenti