“Neftçi”dən gedən hücumçu: “Azərbaycan dəftərini qapamışam”

27 Yanvar 2023 23:20 Neftçi 2 416
“Neftçi”dən gedən hücumçu: “Azərbaycan dəftərini qapamışam”

“Karyeramın bundan sonrakı dönəmi üçün Azərbaycan dəftərini qapamışam”.

Sportinfo.az xəbər verir ki, bunu “report”a açıqlamasında Azərbaycanda “Neftçi” və “Qəbələ”nin fransalı sabiq legioneri Stiven Jozef-Monroz deyib.

Ölkəsində III liqa təmsilçisi “Qazelek”in formasını geyinən 33 yaşlı hücumçu yenidən Azərbaycanda oynamaq variantına müsbət yanaşmayıb:

“Azərbaycanda keçirdiyim illər mənim üçün gözəl xatirələrdir. Həm “Qəbələ”, həm də “Neftçi”nin formasını geyinmiş olmaqdan şadam.

Ancaq bundan sonra yenidən Azərbaycanda oynayacağımı düşünmürəm. Karyeramın son illərini Fransada, ailəmin yanında keçirmək istəyirəm”.

Monroz qış transfer dönəmində komandasını dəyişəcəyini də istisna etməyib. Ancaq o, yeni klubunun da Fransa təmsilçisi olacağını vurğulayıb.

Stiven Jozef-Monroz 2017-2019-cu illərdə “Qəbələ”nin, 2019-2021-ci illərdə isə “Neftçi”nin formasını geyinib.

Digər Xəbərlər
Xəbər Lenti