"Neftçi"dən cari mövsümün ƏN BAHALI TRANSFERİ

27 Yanvar 2023 13:00 Neftçi 4 837
"Neftçi"dən cari mövsümün ƏN BAHALI TRANSFERİ

"Neftçi"nin Mateus Saldanyanı icarə əsasında heyətinə qatması barədə xəbər vermişdik.

Braziliyalı qarşıdakı 1 ildə ağ-qara formanı geyinəcək.

Yaponiyada “JEF Yunayted Çiba”ya məxsus olan 23 yaşlı forvard bunadək Braziliyada “Bahia”sı (2020-2022) və icarə əsasında Çin “Çendu Sinçen”ində (2022) çıxış edib.

Bundan əvvəl müdafiəçi Höccət Haqverdini və yarımmüdafiəçi Kilan Lebonla anlaşan “Neftçi”nin ən çox pulu “sambaçı”ya verdiyini söyləmək mümkündür.

Cənubi amerikalınin Azərbaycanda 320-350 min dollar qazanacağı bildirilir. Bu isə bakılıların cari mövsümdə müəyyənləşdirdiyi ən böyük transfer məbləği deməkdir.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
14 İyun 20:00 Çək və bizə göndər!