Yaponiyadan "Neftçi"yə - Yeni transferlə bağlı detallar

26 Yanvar 2023 19:20 Neftçi 1 187
Yaponiyadan "Neftçi"yə - Yeni transferlə bağlı detallar

"Neftçi" yeni transferi Mateus Saldanya ilə müqavilənin detallarını açıqlayıb.

Sportinfo.az klubun rəsmi saytına istinadən xəbər verir ki, braziliyalı hücumçu 1 il müddətinə icarəyə götürülüb.

24 yaşlı forvard yeni komandasında 9 nömrəli formanı geyinəcək.

Yaponiyanın “JEF Yunayted Çiba” klubuna məxsus olan Saldanya bunadək ölkəsinin “Bahia” (2020-2022) və icarə əsasında Çinin “Çendu Sinçen” klublarında (2022) çıxış edib.

“Neftçi” bundan əvvəl müdafiəçi Höccət Haqverdini və yarımmüdafiəçi Kilan Lebonu transfer edib.

Digər Xəbərlər
Xəbər Lenti
27 Sentyabr 20:00 Çək və bizə göndər!
27 Sentyabr 19:50 "Sportinfo TV”də GÜNDƏM
27 Sentyabr 09:50 Bizi qorxutmaq istədi?