"Neftçi"də 3 futbolçu "Sabah"la oyuna çıxmayacaq

26 Yanvar 2023 16:20 Neftçi 817
"Neftçi"də 3 futbolçu "Sabah"la oyuna çıxmayacaq

"Neftçi"nin üç futbolçusu "Sabah"a qarşı Azərbaycan Premyer Liqasının XIX tur oyununu buraxacaq.

Sportinfo.az xəbər verir ki, bu barədə "ağ-qaralar"ın baş həkimi Şaiq Zöhrablı klubun rəsmi televiziyasına açıqlamasında bildirib.

Onun sözlərinə görə, Türkiyədəki qış təlim-məşq toplanışında zədələnən, hazırda fərdi məşqlər keçən Rəhman Hacıyev, müalicəsi davam edən Eddi İsrafilov və əməliyyatdan sonra yüngül məşqlərə start verən Fərid Yusifli meydana çıxmayacaqlar.

Bu gün oynanılacaq "Sabah" - "Neftçi" qarşılaşması saat 19:00-da başlayacaq.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
14 İyun 20:00 Çək və bizə göndər!