“Neftçi“ məşhur klubun 10 milyon avroluq yetirməsinə “yox“ dedi

26 Yanvar 2023 13:00 Neftçi 2 562
“Neftçi“ məşhur klubun 10 milyon avroluq yetirməsinə “yox“ dedi

Höccət Haqverdi, Kilan Lebon və Matheus Saldanya ilə münasibətlərini rəsmiləşdirən “Neftçi” Pape Şeyx Diopdan imtina edib.

Bakılılar seneqallı yarımmüdafiəçi ilə danışıqları yarımçıq dayandırıb.

Klubdan redaksiyamıza verilən məlumata görə, 25 yaşlı afrikalı ilə müqavilə şərtlərində razılığa gəlmək mümkün olmayıb.

Pape “Selta”, “Lion”, “Dijon” kimi tanınmış klubların formasını geyinib. La Liqada 38, Liqa 1-də 34 oyuna çıxıb. Peşəkar karyerası ərzində 141 matçda 5 qol vurub.

“Selta”nın yetirməsi 2017-ci ilə “Lion”a keçib və 5 il Fransa klubuna məxsus olub. Fransada iki mövsüm keçirdikdən sonra viqolulara icarəyə verilib,

1 ildən sonra geri dönüb, bu dəfə “Dijon”a göndərilib. 2020/21 mövsümündə bu klubda keçirib, “Lion”a döndükdən 1 il sonra “Aris”ə göndərilib.

Lakin bu dəfə – 2022-ci ilin yayında Saloniki klubuna azad agent kimi yollanıb, cari ilin əvvəlindən isə işsizdir.

Vaxtilə 10 milyon avro transfer qiyməti olan seneqallı Yunanıstanda 10 matçlıq şans qazanıb və cəmi 336 dəqiqə oynamaq imkanı əldə edib.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 11:20 GƏLİN və GÖRÜN!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu
19 Aprel 01:00 "Futbol əməliyyatı"