"Neftçi" ilə bağlı hər kəsi düşündürən sual - Nə vaxt…

25 Yanvar 2023 14:00 Neftçi 1 480
"Neftçi" ilə bağlı hər kəsi düşündürən sual - Nə vaxt…

«Neftçi»nin Bakıxanov qəsəbəsində yerləşən təlim-məşq bazasının tikintisi yarımçıq dayandırılıb.

Artıq beş aydır ki, burada inşaata ara verilib. Əslində isə böyük idman qurğusu bu ilin əvvəlində təhvil verilməli, açılışı olmalı idi.

Bu durğunluq nə vaxt bitəcək? Klubun Mətbuat və Marketinq Departamentinin rəhbəri Rüstəm Allahverdiyev Sportinfo.az-a bildirib ki, inşaat işlərinin tamamlanması maliyyədən asılıdır:

«Müraciət etmişik, indi də gözləyirik. Maliyyə ayrılandan bir neçə ay sonra bazanı təhvil almaq olar.

Klub daxili imkanları hesabına bugünədək nə edə bilibsə, edib. İnzibati bina və akademiya tikilib, lakin içi hələ qalıb».

Digər Xəbərlər
Xəbər Lenti
27 Sentyabr 20:00 Çək və bizə göndər!
27 Sentyabr 19:50 "Sportinfo TV”də GÜNDƏM
27 Sentyabr 09:50 Bizi qorxutmaq istədi?