“Neftçi” bəyənsə, bu qədər pul ödəyib, transfer hüququnu da alacaq - 1 il ərzində

24 Yanvar 09:40 Neftçi 2 015
“Neftçi” bəyənsə, bu qədər pul ödəyib, transfer hüququnu da alacaq - 1 il ərzində

“Neftçi” qış transfer pəncərəsində 3-cü transferini reallaşdırıb.

"Ağ-qaralar" Yaponiyadan “Çiba”nın braziliyalı hücumçusu Mateus Bonifakio Saldanya Marinyo ilə razılığa gəlib.

Bakılılar 24 yaşlı forvardı 1,5 illik icarəyə götürüb. Anlaşmaya əsasən, paytaxt təmsilçisi braziliyalını 1 ildən sonra birdəfəlik transfer etmək haqqına sahibdir.

Bu halda "Santos"un yetirməsinə görə yaponlara 100 min avroyadək təzminat ödəniləcək.

"Neftçi" qış transfer pəncərəsində müdafiəçi Höccət Haqverdi və fransalı yarımmüdafiəçi Kilan Lebonu heyətinə qatıb.

Mateus son 6 ayı icarə əsasında Çin Super Liqasında - “Çendu Tsyanbao”da çıxış edib. O, Braziliyada “Bahiya”nın da formasını geyinib.

«Saldanya» kimi tanınan cənubi amerikalı müxtəlif mövqelərdə oynamağı bacarır. Həm sağ cinah yarımmüdafiəçisi, həm hücumçu arxası, həm də hücumun sivri ucunda çıxış edə bilir.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
8 Fevral 02:30 Ruben Vardanyan qaçdı