“Neftçi”dən etdiyi transferi açıqladı – Bu ölkənin klubu

24 Yanvar 2023 01:00 Neftçi 1 236
“Neftçi”dən etdiyi transferi açıqladı – Bu ölkənin klubu

“Neftçi”nin forvardı Qodsvey Donyonun Kipr “Apollon”una keçidi rəsmiləşib.

Sportinfo.az xəbər verir ki, bunu Limassol təmsilçisinin mətbuat xidməti açıqlayıb.

Bildirilir ki, transferlə bağlı “Neftçi” ilə prinsipial razılıq əldə olunub. Forvardla 2025-ci ilin yayına qədər müqavilə imzalanacaq.

29 yaşlı qanalı legioner yaxın günlərdə tibbi müayinədən keçmək üçün Kiprə yollanacaq. Donyo müayinədən sonra müqaviləyə imza atacaq.

Donyo ötən ilin yayında keçdiyi “Neftçi”də 21 matçda 5 qol vurub.

Digər Xəbərlər
Xəbər Lenti
14 Sentyabr 18:10 Çək və bizə göndər!
14 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
14 Sentyabr 13:40 "Şəfa" VÜSALına qovuşdu
14 Sentyabr 11:20 "Qarabağ"ı uda bilərdik"
14 Sentyabr 02:10 Məmmədov olmasa da...
14 Sentyabr 00:40 “Problemlərimiz var”