“Neftçi” bir satış etdi, büdcəsini bu qədər PULLA DOLDURDU

23 Yanvar 2023 20:00 Neftçi 2 778
“Neftçi” bir satış etdi, büdcəsini bu qədər PULLA DOLDURDU

Bilindiyi kimi, "Neftçi" Qodsvey Donyonu "Apollon"a (Limassol) satıb.

Bakılıların Limassol təmsilçisi ilə apardığı danışıqlar uğurla başa çatdırılıb.

Afrikalı legioner ötən ilin yayında "Neftçi"yə gəlmişdi. Onun "ağ-qaralar"la müqaviləsi 2024-cü ilin yayınadək nəzərdə tutulmuşdu.

Qananın “Right to Dream” akademiyasının yetirməsi olan Donyo oranı bitirəndən sonra – 2013-cü ildə İngiltərəyə - “Mançester Siti”yə yollanıb.

Mançester təmsilçisi onu əvvəlcə İsveçin “Yurqorden” (2013), daha sonra “Falkenberq” (2014-2015) klublarına icarəyə verib.

Ardından Danimarka “Norşelland”ına (2016-2020) transfer olunan ön xətt oyunçusu 2020-ci ildə Almaniyada “Dinamo”ya (Drezden) icarəyə verilib.

Donyo sonuncu klubu “Makkabi” (Hayfa, 2020-2022) ilə İsrail çempionatının (2021, 2022), Liqa Kubokunun (2022) və Superkubokunun (2021) qalibi olub.

Qanalı hücumçu 15-i çempionat, (5 qol) 2-si kubok, 4-ü avrokubok (1 qol) olmaqla 21 rəsmi matçda “Neftçi”nin formasını geyinib, 6 qol vurub.

29 yaşlı forvard Kipr klubu ilə 2025-ci ilin yayınadək müqavilə imzalayıb. “Apollon” onu elə-belə əldə etməyib.

Yarımada təmsilçisi bu keçiddən dolayı “Neftçi”yə 100 min dollar civarında təzminat ödəməli olub,

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti