“Neftçi”nin legioneri: “Bizə hər cür şərait yaradılıb ki…”

23 Yanvar 2023 21:20 Neftçi 1 117
“Neftçi”nin legioneri: “Bizə hər cür şərait yaradılıb ki…”

“İstirahətdən sonra hamı bir nəfər kimi məşqlərə və qarşıdakı oyunlara köklənib”.

Bu sözləri Sportinfo.az-a açıqlamasında “Neftçi”nin legioneri Ata Caber deyib.

Antalyada keçirilən təlim-məşq toplanışını dəyərləndirən israilli yarımmüdafiəçi bunları söyləyib:

“Klub tərəfindən bütün fikrimizi futbola verməyimiz üçün hər cür şərait yaradılıb. Düşərgədə əhval-ruhiyyənin çox yaxşı olduğunu deməliyəm.

Bu dəqiqə əsas diqqət hazırlığın yaxşılaşdırılmasına yönəlib. Ağır məşqlər buna hesablanıb.

İnanıram ki, Antalyada faydalı toplanış keçmişik. Yanvarın 26-da “Sabah”la vacib matça hazırıq”.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
14 İyun 20:00 Çək və bizə göndər!