“Neftçi”də daha bir ayrılıq

23 Yanvar 2023 16:20 Neftçi 1 302
“Neftçi”də daha bir ayrılıq

"Neftçi"nin hücumçusu Qodsvey Donyonun "Apollon"a (Limassol) keçidi rəsmiləşib.

Sportinfo.az xəbər verir ki, bu barədə Kipr klubunun rəsmi saytı xəbər yayıb.

Bildirilib ki, 29 yaşlı hücumçunun transferinə dair "ağ-qaralar"la ilkin razılıq əldə olunub.

Qanalı forvard "Apollon"la 2025-ci ilin yayınadək müqavilə imzalayacaq. Transferin digər detalları bəlli deyil.

Qodsvey Donyo ötən il "Neftçi"yə keçib. Onun "ağ-qaralar"la müqaviləsi 2024-cü ilin yayınadək nəzərdə tutulmuşdu.

Digər Xəbərlər
Xəbər Lenti
27 Sentyabr 20:00 Çək və bizə göndər!
27 Sentyabr 19:50 "Sportinfo TV”də GÜNDƏM
27 Sentyabr 09:50 Bizi qorxutmaq istədi?