"Neftçi"nin istədiyi pulu verdi, bu hücumçu ilə anlaşdı

23 Yanvar 2023 13:40 Neftçi 1 995
"Neftçi"nin istədiyi pulu verdi, bu hücumçu ilə anlaşdı

"Neftçi"nin forvardı Qodsvey Donyo karyerasını Kiprdə davam etdirməyə çox yaxındır.

Sportinfo.az "Themasports" nəşrinə istinadən xəbər verir ki, "Apollon" (Limassol) 29 yaşlı hücumçu ilə anlaşıb.

Limassol təmsilçisinin Donyo üçün "Neftçi"nin maliyyə tələblərini ödədiyi bildirilib.

Gözlənilməz bir şey baş verməsə, qanalı oyunçu Kiprə gedəcək və rəsmi müqavilə imzalayacaq.

Qodsvey Donyo ötən il "Neftçi"yə keçib. Onun "ağ-qaralar"la müqaviləsi 2024-cü ilin yayınadək nəzərdə tutulmuşdu.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
14 İyun 20:00 Çək və bizə göndər!