"Neftçi"nin bu transferi QALMAQAL YARATDI – Bir belə pul kimin cibinə axdl?

23 Yanvar 2023 13:00 Neftçi 1 517
"Neftçi"nin bu transferi QALMAQAL YARATDI – Bir belə pul kimin cibinə axdl?

«Neftçi» ilə ilyarımlıq müqavilə imzalayan Höccət Haqverdi gərginliyə səbəb(kar) olub.

Mövsümün əvvəlini İranda – «Traktor»da keçirmiş müdafiəçinin transferi ilə bağlı bəzi maraqlı faktlar üzə çıxıb.

Onun Təbrizdən Bakıya Canni De Byazinin məsləhəti ilə gəldiyi bilinib. Demə, yığmanın baş məşqçisi arxa xətt oyunçusunun transferində əməlli-başlı «körpü» rolunu oynayıb.

Bu zaman onun meneceri də qəfildən ortalıqda peyda olub.

Üç il öncə italiyalı çalışdırıcının AFFA ilə müqavilə bağlamasına vasitəçilik etmiş agent bu dəfə Höccətin təmsilçisi kimi son anda «Neftçi» rəhbərliyi ilə danışıqlara qoşulub və… qazanıb.

Halbuki cənubi azərbaycanlı müdafiəçi onadək tanınmış yerli menecerlərdən birinə «mandat» veribmiş…

Tərəflər arasında görüşmələri də elə o həyata keçirirmiş. Axır məqamda şəxsin diqqətinə çatdırılıb ki, Höccətin rəsmi nümayəndəsi italiyalıdır və agent haqqı da ona ödəniləcək.

Zaur Əzizov bu qalmaqallı əməliyyatda iştirakçıdırmı? Xeyr! İdman direktoru sona kimi çalışıb ki, transfer əməliyyatı sakit keçsin.

De Byazinin menecerinin prosesə qarşıması onun üçün də gözlənilməz olub, amma qarşısını ala bilməyib.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti