"Neftçi"nin baş məşqçisi köhnə sevgilisinə çoxlu pul verdi – Gözəllik salonu açmaq üçün

22 Yanvar 2023 20:20 Neftçi 926
"Neftçi"nin baş məşqçisi köhnə sevgilisinə çoxlu pul verdi – Gözəllik salonu açmaq üçün

“Neftçi”nin baş məşqçisi Laurentsiu Regekampf növbəti dəfə ölkəsi Rumıniyada gündəmə gəlib.

Sportinfo.az xəbər verir ki, o, yenə də şəxsi həyatı ilə manşetlərin bəzəyinə çevrilib.

48 yaşlı çalışdırıcı bu dəfə dava-şava ilə deyil, keçmiş sevgilisi Florentina Raiçiu üçün biznes qurmasıyla diqqət mərkəzinə düşüb.

"Magnanews.ro"nun məlumatına görə, 48 yaşlı mütəxəssis keçmiş modelə gözəllik salonu açmaq üçün böyük məbləğdə pul ayırıb.

Regekampf Rumıniyaya səfərlərindən birində keçmiş həyat yoldaşı Anamariya Prodanla mübahisə etmişdi. "Neftçi"nin baş məşqçisi yaranan problemə görə, hətta polis bölməsinə belə aparılmışdı.

Digər Xəbərlər
Xəbər Lenti