"Mənə zəng edib "Neftçi"dən təklif olduğunu dedi, sevindim" - VİDEO

22 Yanvar 2023 12:40 Neftçi 1 275
"Mənə zəng edib "Neftçi"dən təklif olduğunu dedi, sevindim" - VİDEO

"Neftçi"nin yeni transferi Kilan Lebon "Neftçi TV"yə müsahibə verib.

Sportinfo.az xəbər verir ki, fransalı yarımmüdafiəçi paytaxt klubuna keçidindən və Azərbaycandakı məqsədlərindən danışıb:

"Astana"nın məşqçi heyəti ilə danışandan sonra qərar verdim ki, başqa yerə getmək mənim üçün daha yaxşı olar. Dərhal agentim və ailəmlə danışdım.

Agentim bir gün sonra zəng edib "Neftçi"dən təklif olduğunu dedi. Buna çox sevindim.

Çünki “Neftçi” böyük və tanınmış klubdur. Komandaya gəlişim belə baş verdi. Məqsədim klubun istəklərini həyata keçirməkdir.

Öz oyun üslubumla komandaya bacardığım qədər fayda vermək istəyirəm. İstəyirəm ki, həm klub, həm azarkeşlər, həm də hamımız hamımız xoşbəxt olaq.

Əvvəlcə instaqramdakı bütün bu şərtləri görəndən sonra telefon əlimdəykən gülümsəyirdim. Çünki azarkeşlərin səni istəməsi çox yaxşı hissdir.

Mən də öz növbəmdə azarkeşlərə demək istəyirəm ki, meydanda əlimdən gələnin ən yaxşısını etməyə çalışacam, oyunlarda ürəyimi qoyacam.

Çalışacam ki, qol vurum, qələbələr qazanıb, və hər şeyə nail olum".

Digər Xəbərlər
Xəbər Lenti
17 Aprel 02:40 Nicat yenə də uduzdu