COP29

Azərbaycan yığmasında kim işləməlidir? - BU VİDEOYA DİQQƏT!

6 Dekabr 2024 16:00 Milli komanda 754
Azərbaycan yığmasında kim işləməlidir? - BU VİDEOYA DİQQƏT!

"Fernandu Santuş baş məşqçi təyin olunarkən, demişdik ki, səhv seçimdir.

Söyləmişdik ki, bu, vaxt itkisidir.

Bizim üçün əsas məsələ futbolumuzun gələcəyinin qurulmasıdır. Bu azmış kimi, "hədəfimiz Avro-2028"in final mərhələsidir" deməklə, futbol ictimaiyyəti ilə məzə tutdular.

Hansı heyətlə? Məğlubiyyət psixologiyalarına yeridilmiş futbolçularla? Aşağı yaş qruplarından danışmağa dəyməz. Gələcəyimizi yenidən inşa etməliyik".

Bu açıqlama "Sportinfo TV"nin aparıcı eksperti Elçin Cəfərova məxsusdur.

Tanınmış jurnalist millimizin baş məşqçisi Fernandu Santuşun müqaviləsinə xitam veriləcəyi ilə bağlı yayılan iddialara münasibət bildirib.

AFFA rəhbərliyinin strategiya müəyyənləşdirməklə gələcəyin millisini qurmaq adına səhv addımlar atmasına heç bir şansının olmadığını deyən E.Cəfərov bu periodda düzgün seçimin vacibliyini diqqətə çatdırıb:

"Bütün yaş kateqoriyaları eyni sistemlə inkişaf etməli və buna nəzarət əsas millinin baş məşqçisinə tapşırılmalıdır. O, bütün yaş qruplarına təyinatlara "ok" verməlidir.

Bir sözlə, təkcə əsas deyil, bütün komandaların əsas cavabdehi olmalıdır. Düzgün nəzarət, ədalətli seçim, işini sevmək əsas prioritet olmalıdır".

VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN

Digər Xəbərlər
Xəbər Lenti