Azərbaycan millisi növbəti dəfə İrana uduzdu - Çimərlik futbolunda

25 Avqust 2022 00:00 Milli komanda 496
Azərbaycan millisi növbəti dəfə İrana uduzdu - Çimərlik futbolunda

İranın Yazd şəhərində təlim-məşq toplanışını davam etdirən çimərlik futbolu üzrə Azərbaycan milli komandası yerli yığma ilə növbəti yoldaşlıq oyununu keçirib.

Sportinfo.az. AFFA-nn rəsmi saytına istinadən xəbər verir ki, kollektivlər arasında ikinci qarşılaşma da meydan sahiblərinin qələbəsi ilə başa çatıb - 5:3.

Azərbaycan seçməsinin qollarını Amid Nəzərov, Ramil Əliyev və Tural Qürbətov vurub.

İlk görüşdə İran yığması 3:2 hesabı ilə qalib gəlmişdi. Komandalar arasında sonuncu oyun avqustun 25-də olacaq.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti