"Azərbaycanla matçda hər şey bizim ayağımızdan asılıdır"

19 Avqust 2022 09:00 Milli komanda 841
"Azərbaycanla matçda hər şey bizim ayağımızdan asılıdır"

Qazaxıstan millisinin futbolçusu Vladislav Vasilyev yerli mətbuata açıqlama verib.

Sportinfo.az xəbər verir ki, "Kazfootball.kz" portalına açıqlama verən Vasilyev Millətlər Liqasının Belarus (22 sentyabr) və Azərbaycan (25 sentyabr) yığmalarına qarşı keçiriləcək matçları barədə danışıb:

"Bu matçlardan gözləntilər yüksəkdir. Belarus və Azərbaycana qarşı məsuliyyətli matçlar olacaq.

Hər şey bizim ayağımızdan asılıdır. Qalib gələrək Millətlər Liqasında yarımfinala çıxıb tarix yazmaq lazımdı".

​25 yaşlı futbolçu “Tobol”un üzvüdü və 2020-ci ildən Qazaxıstan yığmasında çıxış edir.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti