Rövnəq Abdullayev istəyir ki… Premyer Liqa ilə bağlı

18 Avqust 2022 21:00 Milli komanda 2 469
Rövnəq Abdullayev istəyir ki… Premyer Liqa ilə bağlı

AFFA prezidenti Rövnəq Abdullayev Premyer Liqada bölgə klublarının sayının daha da çox olmasına tərəfdardır.

O, bu barədə federasiyada keçirilən son toplantıda bildirib.

Federasiya başçısı qeyd edib ki, çempionata azarkeş marağını daha da artırmaq lazımdır və AFFA bunun üçün ciddi işlər görür.

“Kəpəz”lə “Turan Tovuz”un illər sonra Premyer Liqaya qaytarılmasını mühüm hadisə adlandıran R.Abdullayev digər rayon və şəhərlərin də bu siyahıya qoşulmasına çalışacaqlarını gizlətməyib.

AFFA prezidenti növbəti mövsümlərdə Premyer Liqada müxtəlif yeniliklərin olacağını qeyd edib və sonda “bütün klubların məqsədi milliyə xidmət etmək olmalıdır” fikrini səsləndirib.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 11:00 Tanıtmaq üçün varıq!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda
24 Aprel 02:40 Çempion oldular
24 Aprel 02:00 Bakıda I modul başladı