Tarix yazan Azərbaycan millisinin oyunçularına böyük mükafat ödənildi

18 Avqust 2022 09:40 Milli komanda 2 362
Tarix yazan Azərbaycan millisinin oyunçularına böyük mükafat ödənildi

Azərbaycan Minifutbol Federasiyası milli komandanın futbolçularına növbəti dəfə jest edib.

Slovakiyada keçirilən Avropa çempionatının qalibi olan yığmanın hər üzvünü 30 min manat mükafatlandırıb.

Qitə birinciliyini qazanaraq adını Azərbaycan idman tarixinə qızıl hərflərlə yazdıran kollektivin finalda Rumıniyaya qalib gəlməsini xatırladaq.

Mükafatın artırılması ölkə rəhbərinin federasiyaya ayırdığı 1 milyon manatlıq yardımın sayəsində mümkün olub.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti