"Bunun sayəsində üçüncü yeri tutduq" - Rüfət Abdullazadə

17 Avqust 2022 00:50 Milli komanda 496
"Bunun sayəsində üçüncü yeri tutduq" - Rüfət Abdullazadə

"İslamiada çox vacib turnirdir. Burada üçüncü yeri tutmaq həm komanda, həm də ölkəmiz üçün yaxşı nəticədir".

Sportinfo.az xəbər verir ki, bunu Türkiyədə təşkil olunan V İslam Həmrəyliyi Oyunlarında bürünc medal qazanan 23 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin futbolçusu Rüfət Abdullazadə deyib.

"Sumqayıt"da çıxış edən 21 yaşlı yarımmüdafiəçi Əlcəzairə penaltilər seriyasında qalib gəldikləri üçüncü yer uğrunda qarşılaşmanın çətin keçdiyini bildirib:

"Rəqib çox sərt oynayırdı. Onlar da bürünc medal qazanmaq üçün hər şeyi edirdilər. Amma qalib gələn tərəf biz olduq".

Abdullazadə komanda daxilində vəziyyətin yaxşı olduğunu söyləyib:

"Çox oyunçu gənc olsa da, hamı bir-birinə inanırdı. Bunun sayəsində üçüncü yeri tutduq".

Yarımmüdafiəçi havanın çox isti olduğunu sözlərinə əlavə edib:

"Qarşılaşmalar sıx qrafikdə keçirildiyi üçün çətinlik də olurdu. Bütün bunlara baxmayaraq, üçüncü yeri tuta bildik".

Digər Xəbərlər
Xəbər Lenti