Azərbaycan millisi AFFA-dan "ənam" alacaq

16 Avqust 2022 23:40 Milli komanda 1 047
Azərbaycan millisi AFFA-dan "ənam" alacaq

23 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi Türkiyənin Konya şəhərində təşkil olunan 5-ci İslam Həmrəyliyi Oyunlarda son oyununu keçirib.

Komandamız bürünc medallar uğrunda qarşılaşmada Əlcəzairlə üz-üzə gəlib.

Oyunun əsas vaxtı 0:0 hesabı ilə başa çatıb. Penalti seriyasında zərbələri daha dəqiq yerinə yetirən milli komandamız yekun nəticədə 4:3 hesablı qələbə qazanaraq turnirin bürünc medallarına sahib olub.

AFFA bu münasibətlə U-23-ü mükafatlandıracaq.

Bu haqda Sportinfo.az-a federasiyadan məlumat verilib, Bildirilib ki, milliyə ödəniləcək məbləğ ən qısa zamanda müəyyənləşdiriləcək.

Digər Xəbərlər
Xəbər Lenti
23 Aprel 18:40 “İki seçimimiz var”