Millimiz “lotoreya”da uddu, İslamiadada bürünc qazandı

16 Avqust 2022 17:20 Milli komanda 1 871
Millimiz “lotoreya”da uddu, İslamiadada bürünc qazandı

23 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi Türkiyənin Konya şəhərində təşkil olunan V İslam Həmrəyliyi Oyunlarında sonuncu matçını keçirib.

Sportinfo.az xəbər verir ki, Samir Əliyevin baş məşqçi olduğu kollektiva üçüncü yer uğrunda görüşdə Əlcəzair ilə üz-üzə gəlib.

Qarşılaşmanın əsas vaxtı qolsuz bərabərliklə bitdiyi üçün penaltilər seriyasına ehtiyac duyulub.

Burada daha dəqiq çıxış edən Azərbaycan yığması İslamiadanın bürünc medalına sahib çıxıb. Milli penaltilər seriyasında 4:3 hesablı qələbə qazanıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti