Azərbaycan millsi Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunlarında yarımfinal oyununa çıxıb.
Sportinfo.az xəbər verir ki, "19 iyul" stadionunda təşkil olunmuş qarşılaşma yerli komandanın qələbəsi ilə yekunlaşıb - 1:0.
Yeganə qolu 43-cü dəqiqədə Məhəmməd Gümüşkaya vurub.
Bu qələbə sayəsində Türkiyə millisi finala çıxıb. Azərbaycan millisi isə 3-cü yer uğrunda görüşdə Əlcəzair ilə görüşəcək.

