Azərbaycan Mərakeşlə 2:2 oynadı, yarımfinala qaldı

12 Avqust 2022 23:20 Milli komanda 1 734
Azərbaycan Mərakeşlə 2:2 oynadı, yarımfinala qaldı

23 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi Türkiyənin Konya şəhərində təşkil olunan V İslam Həmrəyliyi Oyunlarında növbəti oyununu keçirib.

Sportinfo.az xəbər verir ki, yığma B qrupundakı sonuncu - 3-cü sınağında Mərakeş ilə üz-üzə gəlib.

"Konya Cumhuriyet" stadionunda oynanılan qarşılaşma 2:2 hesablı heç-heçə ilə başa çatıb.

Samir Əliyevin baş məşqçi olduğu kollektivdən qolları 5-ci dəqiqədə İsmayıl İbrahimli və 49-cu dəqiqədə penaltidən Rüfət Abdullazadə vurub.

Rəqibdən isə 11-ci dəqiqədə Reda Slim və əsas vaxta əlavə olunmuş 2-ci dəqiqədə Hamza Reqraqui fərqlənib.

Bu nəticədən sonra xallarını 4-ə çatdıran Azərbaycan qrup 2-cisi kimi yarımfinala yüksəlib.

Yığma qrupdakı ilk matçında Səudiyyə Ərəbistanına 0:1 hesabı ilə uduzub. İkinci qarşılaşamada isə İran seçməsi meydana çıxmadığından, Azərbaycana texniki qələbə verilib.

Digər Xəbərlər
Xəbər Lenti