"Konkret danışıqlardan sonra Azərbaycan millisində oynamaq istəyib-istəmədiyimi biləcəm"

7 Avqust 2022 03:40 Milli komanda 1 258
"Konkret danışıqlardan sonra Azərbaycan millisində oynamaq istəyib-istəmədiyimi biləcəm"

"Ximki"nin yarımmüdafiəçisi Ayaz Quliyev Azərbaycan milli komandasında oynamaq ehtimalından danışıb.

Sportinfo.az xəbər verir ki, 25 yaşlı futbolçu daim AFFA ilə əlaqə saxladığını bildirib:

“AFFA ilə daimi əlaqə saxlayıram, lakin hələ yekun təklif olmayıb. Hər şey konkret olmalıdır.

Oturmaq, danışmaq və ortaq məxrəcə gəlmək lazımdır. Belə çıxır ki, məni istəyirlər, amma heç nə olmur.

Konkret danışıqlardan sonra Azərbaycan millisində oynamaq istəyib-istəmədiyimi biləcəm. İndi isə nəsə söyləmək olmur. Tələsik qərar vermək istəmirəm".

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!