AFFA rəhbərliyi İslamiadaya yollanacaq milli ilə…

7 Avqust 2022 02:30 Milli komanda 576
AFFA rəhbərliyi İslamiadaya yollanacaq milli ilə…

AFFA rəhbərliyi Türkiyənin Konya şəhərində V İslam Həmrəyliyi oyunlarında iştirak edəcək Azərbaycan millisinin üzvləri ilə görüşüb.

Sportinfo.az xəbər verir ki, Mərdəkan qəsəbəsində yerləşən “Dalğa Arena”nın ərazisindəki Milli komandaların məşq mərkəzində keçirilən görüşə vitse-prezidentlər Rauf Əliyev və Vaqif Sadıqov, baş katib Sərxan Hacıyev, texniki direktor Cahangir Həsənzadə qatılıb.

Onlar milli üzvlərinə qarşıdakı məsul oyunlarda uğurlar arzulayıblar. Yığmanın baş məşqçisi Samir Əliyev göstərilən diqqətə görə AFFA rəhbərliyinə minnətdarlığını bildirib.

Azərbaycan millisi V İslam Həmrəliyi oyununda avqustun 8-də Səudiyyə Ərəbistanı, avqustun 10-da İran, avqustun 12-də isə Mərakeş yığması ilə qarşılaşacaq.

Digər Xəbərlər
Xəbər Lenti
2 İyul 19:20 PFL 17 yaşına çatdı!
2 İyul 09:40 Üçüncü TRANSFER
2 İyul 07:20 Avro 2 manatı keçdi