AFFA milli ilə bağlı yeni qərar qəbul etdi – Bu komandanı başqası əvəzlədi

1 Avqust 2022 09:40 Milli komanda 1 965
AFFA milli ilə bağlı yeni qərar qəbul etdi – Bu komandanı başqası əvəzlədi

Avqustun 5-də Türkiyənin Konya şəhərində V İslam Həmrəylik Oyunları start götürəcək.

Ayın 9-da yarışın açılış, 18-də isə bağlanış mərasimi keçiriləcək.

İslamiadada Azərbaycanın futbol üzrə U-23 yığması da iştirak edəcək. Komandanın adı belədir, əslində isə qardaş ölkəyə 21 yaşlılardan ibarət milli yollanacaq.

Bu barədə qərarı AFFA qəbul edib. Hər iki kollektivin baş məşqçisi Samir Əliyev olduğundan, federasiya bu barədə ona müvafiq göstəriş verib.

Azərbaycan İslamiadanın B qrupunda İran, Səudiyyə Ərəbistanı və Mərakeş ilə üz-üzə gələcək.

U-21-in U-23 adıyla Konyaya yollanması Premyer Liqanın əksər klublarının öz futbolçularını Samir Əliyevin sərəncamına verməkdən imtina etməsi ilə bağlıdır.

Elita təmsilçiləri həm avrokubokları, həm də ölkədaxili çempionatın başlamasını əsas gətirərək, Əliyevin adını siyahıya saldığı oyunçuları buraxmağı lazım bilməyib.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti