"Baş məşqçinin kimliyi o dəqiqə təsdiqlənmir, müzakirələr gərgin keçir"

24 İyul 2022 14:00 Milli komanda 1 006
"Baş məşqçinin kimliyi o dəqiqə təsdiqlənmir, müzakirələr gərgin keçir"

«Millinin baş məşqçisi ilə bağlı yekun söz İcraiyyə Komitəsində deyiləcək».

Bunu Sportinfo.az-a açıqlamasında AFFA-nın Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Firuz Abdulla deyib.

O, federasiyanın Canni De Byazi ilə müqavilənin növbəti müddətə uzadılmayacağına dair xəbərlərə münasibət bildirib.

Funksioner xatırladıb ki, italiyalı mütəxəssislə hazırkı sözləşmənin müddəti 10 aylıqdır:

"Onun kontraktı oktyabrda bitir. Həmin vaxt UEFA Millətlər Liqasında da seçmə mərhələyə yekun vurulacaq.

Yəqin ki, nəticələrə uyğun qərar veriləcək. Mən deyim ki, adətən, baş məşqçi ilə bağlı qərarlar gərgin müzakirələr sonunda verilir.

2006-cı ildən İcraiyyə Komitəsinin iclaslarında iştirak edirəm və hər dəfə müşahidə eləmişəm ki, bu müzakirələr necə çətin keçir.

Rəylər çox olur və hər bir üzv öz fikrini əsaslandırmağa çalışır. Qısaca deyim, baş məşqçinin kimliyi o dəqiqə təsdiqlənmir".

Digər Xəbərlər
Xəbər Lenti