Azərbaycan yığmasına yeni baş məşqçi təyin olundu

15 İyul 2022 17:10 Milli komanda 1 451
Azərbaycan yığmasına yeni baş məşqçi təyin olundu

21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasına yeni baş məşqçi təyin olunub.

Sportinfo.az xəbər verir ki, AFFA İcraiyyə Komitəsinin qərarı ilə bu vəzifə Samir Əliyevə həvalə olunub.

43 yaşlı mütəxəssis qarşıdakı seçmə mərhələdə komandanın sükanı arxasında olacaq. O, yeni vəzifədə serbiyalı Milan Obradoviçi əvəzləyəcək.

Samir Əliyev həm də avqustda Türkiyənin Konya şəhərində V İslam Həmrəyliyi Oyunlarına qatılacaq Azərbaycanın U-23 yığmasının baş məşqçisidir.

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!