"Hələ ölməmişəm, ya millidə, ya da klubda uğur qazana bilərəm - Bu, elə də vacib deyil"

27 İyun 2022 11:20 Milli komanda 978
"Hələ ölməmişəm, ya millidə, ya da klubda uğur qazana bilərəm - Bu, elə də vacib deyil"

"Asan həyatım olmayıb, hər zaman mübarizə aparmışam.

Getdiyim hər yerdə kapitan olmuşam. Xarizmam və əvvəlki təcrübələrim sayəsində lider olmuşam".

Sportinfo.az xəbər verir ki, bu sözləri milli komandamızın baş məşqçisi Canni De Byazi "ilfattoquotidiano.it" nəşrinə müsahibəsində deyib.

İtaliyalı mütəxəssis geniş müsahibəsində Azərbaycanla bağlı sualları da cavablandırıb. O, ailə üzvlərinin Bakıda yaşamadığını bildirib:

"Azərbaycanda tək yaşayıram. Yoldaşım Koneqliano İtaliyada qalıb, qızım isə Padua Universitetində oxuyur.

Yemək bişirməyi bilirəm və burada italyan restoranları var. Dekabrda koronavirusa yoluxdum, 7 kiloqram arıqladım. Amma sağaldım".

Millimizlə 2022-ci ilin sentyabrına qədər müqaviləsi olduğunu xatırladan 66 yaşlı mütəxəssis bundan sonra da uğurlu ola biləcəyini deyib:

"Hələ ölməmişəm, yenidən uğurlu ola bilərəm. Ya milli komandada, ya da klubda. Bu, elə də vacib deyil".

Digər Xəbərlər
Xəbər Lenti
31 Dekabr 2025 20:00 Çək və bizə göndər!
31 Dekabr 2025 14:50 "Sportinfo TV”də GÜNDƏM
31 Dekabr 2025 08:30 Bayram günlərinin PROQNOZU
31 Dekabr 2025 08:00 Yanvarda hava necə olacaq?
31 Dekabr 2025 07:30 Bu cərimələr artırılır