Yığmamızın serb baş məşqçisi: "Azərbaycan futbola o qədər də maraq göstərən ölkə deyil"

25 İyun 2022 09:00 Milli komanda 868
Yığmamızın serb baş məşqçisi: "Azərbaycan futbola o qədər də maraq göstərən ölkə deyil"

19 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin baş məşqçisi Miloş Velebit ölkəsinin mətbuatına açıqlama verib.

Sportinfo.az xəbər verir ki, serbiyalı mütəxəssis ölkəmizdə futbola marağın az olduğunu deyib:

"Ötən il Premyer Liqada 8 klub var idi, növbəti mövsümdən isə 10 klub olacaq. Bundan başqa isə ölkədə yalnız bir liqa var.

Oradakı 13 komandadan 8-i Premyer Liqa klublarının ikinci komandalarıdır. Azərbaycan futbola o qədər də maraq göstərən ölkə deyil.

Burada fərdi idman növləri ön plandadır ki, onların həqiqətən də qibtə olunası nəticələri var. Xüsusən də böyük ənənələri olan boks, güləş kimi döyüş növləri.

İnsanlar futbolu sevirlər, lakin onlar Serbiyada və ya Yunanıstandakı qədər maraqlanmırlar".

Digər Xəbərlər
Xəbər Lenti
23 Aprel 18:40 “İki seçimimiz var”
23 Aprel 16:30 Çək və bizə göndər!