Yığmanın yeni baş məşqçisi gəldi-gəlmədi, BARMAQ SİLKƏLƏDİ!

22 İyun 2022 20:40 Milli komanda 2 180
Yığmanın yeni baş məşqçisi gəldi-gəlmədi, BARMAQ SİLKƏLƏDİ!

Samir Əliyev 21 yaşlılardan ibarət millinin baş məşqçisi kimi qeyri-rəsmi olaraq işə başlayıb.

O, yığmaya namizəd futbolçuların bir qrupu ilə əlaqə saxlayıb və xəbərdarlıq edib.

U-19-un sabıq çalışdırıcısı gənclərə “kim bu komandaya dəvət almaq istəyirsə, öz klubunun əsas heyətində oynamalıdır, Premyer Liqada adından söz etdirməlidir” söyləyib.

AFFA dünən U-21-in baş məşqçisi Milan Obradoviçlə yolları ayırıb. Daha doğrusu, federasiya serbiyalı ilə müqaviləni yeniləməyib.

U-21 onun rəhbərliyi altında Avropa çempionatının seçmə mərhələsində uğursuz çıxış edib. Komandamız qrupu 7 xalla 5-ci sırada bitirib və bu nəticə ilə yalnız Estoniyanı qabaqlayıb.

Obradoviçi AFFA-dan razı salmayan məqamlar maliyyə ilə bağlıdır. Belə ki, federasiya balkanlı mütəxəssisə əvvəlkindən aşağı şərtlərlə qalmağı təklif edib.

Maraq üçün yada salaq ki, Obradoviç ilk mövsümündə ilinə 350 min dollar qazanıb.

Daha sonra yığmanı AVRO-2023-ün seçmə mərhələsinə hazırlamaq üçün ona 250 min dollar ödənilib. Bu dəfə isə rəqəm 200 min dollardan aşağı olub və o, “yox” cavabı verib.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"