Rövnəq Abdullayev millinin məşqçi və futbolçularından niyə inciyib?

21 İyun 2022 14:40 Milli komanda 1 299
Rövnəq Abdullayev millinin məşqçi və futbolçularından niyə inciyib?

AFFA prezidenti Rövnəq Abdullayev yığmanın məşqçi və futbolçularından narazı qalıb.

Buna səbəb komandanın Millətlər Liqasının C Liqasına uğursuz start verməsidir.

Belə ki, 3-cü qrupda yer alan milli 4 oyuna çıxıb və eyni sayda xal toplayıb. Canni De Byazinin çalışdırdığı kollektiv bütün xalları Belarusdan əldə edib, Qazaxıstan və Slovakiyaya uduzub.

Qeydə alınan nəticələr Abdullayevin ürəyincə olmayıb və o, millinin Bakıda Slovakiya və Belarusla keçirdiyi qarşılaşmaları stadiondan canlı izləməkdən imtina eləyib.

Federasiya başçısı son turdakı 2:0 hesablı qələbəyə görə komanda üzvlərini təbrik etməyi də özünə rəva görməyib.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
12 İyul 18:10 Çək və bizə göndər!