"Azərbaycanla oyunda topun qapıya necə girmədiyini anlamıram"

19 İyun 2022 09:40 Milli komanda 755
"Azərbaycanla oyunda topun qapıya necə girmədiyini anlamıram"

Belarus millisinin kapitanı Yevgeni Yablonski Millətlər Liqasının C3 qrupunun 4-cü turunda Azərbaycana Bakıda uduzduqları oyun (0:2) haqda danışıb.

Sportinfo.az xəbər verir ki, müdafiəçi millimizə uduzduqları görüşü bu cür şərh edib:

"Belə matçlardan sonra şərh vermək çətindi. Uduzduğumuza görə bəhanəsiz danışmaq lazımdı.

Eyni zamanda deməliyəm ki, yaxşı oynadıq, qol vəziyyətləri yaratmışdıq... Nədənsə, qol vurmaq bizim üçün çox çətindi.

Topun qapıya necə girmədiyini anlamıram. Nə desəm də artıqdı, hesab tablodadı.

Dörd görüşdən sonra ortadakı nəticə gözlədiyimiz kimi deyil. Məncə, daha artığına layiq idik.

İndi futbolçular klublarına yollanacaq, məşqçilər korpusu da nəyi səhv etdiyimizi təhlil edəcək. İşləməyə davam etməkdən, hazırlaşmaqdan və nəticə əldə etməkdən başqa əlacımız yoxdu".

Digər Xəbərlər
Xəbər Lenti