"Biz onlarla işləyirik, amma bu, çox çətindir"

19 İyun 2022 03:20 Milli komanda 616
"Biz onlarla işləyirik, amma bu, çox çətindir"

Azərbaycanla eyni qrupda yer alan Belarus millisinin baş məşqçisi Georgi Kondratyev Millətlər Liqası barədə danışıb.

Sportinfo.az çalışdırıcı qrupda bütün oyunları səfərdə keçirməyin çətinliyindən söz açıb:

"Düşünürəm ki, bizə hər yerdə çətin olacaq. Çox təəssüf ki, evdə oynamırıq. Psixoloji cəhətdən futbolçular üçün çox çətindir.

Mən bunu görürəm və bacardığım qədər onlara dəstək oluram. Biz onlarla işləyirik, amma evdə oynamamaq çox çətindir".

Digər Xəbərlər
Xəbər Lenti