Tanınmış müğənni Mahir Emrelini təbrik etdi ki…

18 İyun 2022 20:20 Milli komanda 2 264
Tanınmış müğənni Mahir Emrelini təbrik etdi ki…

Millətlər Liqasının qrup mərhələsində Belarus üzərində qələbənin memarı Mahir Emreli sosial şəbəkədə paylaşım edib.

Sportinfo.az xəbər verir ki, Azərbaycan millisinin 2:0 hesabı ilə qalib gəldiyi görüşdə 1 qol, 1 assist edən 25 yaşlı hücumçu buna münasibət bildirib.

Zaqreb “Dinamo”sunun forvardı instaqram səhifəsindəki paylaşımında “Dalğa Arena”dakı qalibiyyətin əzmkarlıq sayəsində əldə edildiyini vurğulayıb:

“Bunun adı həm qürur, həm uğurdur. Mübarizə, əzmkarlıq möhtəşəm”.

Matçın qəhrəmanı olan Mahiri sosial şəbəkə vasitəsilə bir çox tanınmış sima təbrik edib.

Təbriklərin çoxu idman ictimaiyyətinin nümayəndələri tərəfindən olub. Həmçinin futbolçunun klubu Zaqreb “Dinamo”su və tanınmış müğənni İradə İbrahimova da paylaşımı ilə qələbəyə biganə qalmadığını göstərib.

4 turdan sonra Azərbaycan yığması 4 xalla C liqasının III qrupunda 3-cü pillədə qərarlaşıb.

Digər Xəbərlər
Xəbər Lenti