Millimizin forvardı heç kimə lazım olmayınca, ölkəni tərk etdi

18 İyun 2022 19:40 Milli komanda 1 869
Millimizin forvardı heç kimə lazım olmayınca, ölkəni tərk etdi

"Sumqayıt"dan ayrılan Əli Qurbani ölkəmizi tərk edib.

Buna səbəb Premyer Liqa klublardan heç kimin onun xidmətində maraqlı olmaması olub.

Bir neçə gün Bakıda gözləmə mövqeyi tutan və lazımsız olduğunu anlayan forvard vətəni İrana qayıtmağa məcbur olub.

Millimizin də üzvü olan oyunçuya laqeyd münasibət təkcə onun son mövsümü uğursuz keçirməsi ilə bağlı deyil.

Əsas maneə 32 yaşlı hücumçunun xroniki zədəsinin olmasıdır. O, məhz bu səbəbdən ötən mövsümün böyük hissəsini boşa verməli olmuşdu.

Əli Qurbani 2020-ci ildən şərəfini qoruduğu "Sumqayıt"da meydana çıxdığı 52 matçda 15 qol və 3 asistlə yadda qalıb.

Milliləşdirilmiş iranlı Azərbaycan millisində isə meydana çıxıdğı 8 qarşılaşmada heç nə ilə yadda qalmamışdı.

XANOĞLAN / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti