Belarus millisinin müdafiəçisi Roman Bequnov Millətlər Liqasında qarşılaşdıqları Azərbaycan ilə Qazaxıstan yığmalarını müqayisə edib:
Sportal.az xəbər verir ki, o, deyib:
“Azərbaycan və Qazaxıstan yığmalarının fərqi ondan ibarətdir ki, azərbaycanlılar daha çox topla oynamağa çalışır. Onların cəld, sürətli və texnikalı oyunçuları var.
Qazaxıstanla oyunda qol epizodlarımız var idi, sadəcə ikinci qolumuz çatışmadı. Qapıçı bizi kritik anlarda xilas etdi.
Təəssüf ki, hələ də bəxtimiz və bacarığımız çatışmır".

