De Byazini başa düşdük, bəs biz?

17 İyun 2022 23:40 Milli komanda 689
De Byazini başa düşdük, bəs biz?

Azərbaycan millisi Millətlər Liqasının 4-cü turunda ilk qələbəsini qazanmağı bacardı.

"Dalğa arena"da baş tutan görüşdə yığmamız Mahir Emreli və Ramil Şeydayevon qolları ilə 3 xalı əldə etdi.

Bu qələbəyə ən çox sevinənlərdən biri və bəlkə də birincisi Canni De Byazidir. Çünki bu matçda da itiriləcək xal və ya xallar həm də onun postunu itirməsinə səbəb ola bilərdi. Yəqin ki, indi elə təhlükə yoxdur. Rahatlıqla ən azı sentyabra kimi postunda əyləşə bilər.

De Byazini başa düşdük, bəs bizlər nəyə sevinək? Ümumiyyətlə, sevinəkmi? Düzdü, mən və timsalımda çoxu bu qələbənin əhəmiyyət(sizliy)in bilirik və sevinmirik. Amma bir qisim sevinənlər də bizdən, içimizdən, özümüzdən olduğu üçün bizlər deməyə məcburam.

Gələk əsas məsləyə. Sevinmək olarmı? Məncə, qəti olmaz! Sevincək bir şey yoxdur ortada. Bu Belarusu Azərbaycanlı futbolçular öz arasında yığacağı heyətlə də udar. Bizə Qazaxıstanı udmaq lazım idi ki, onlar da nəinki bizi, hətta Slovakiyanı da məğlub etməklə qrupa başçılıq edir. Biz isə sevinmək yox, suyumuz süzülə-süzülə sentybarı gözləyək. Görək əhəmiyyətsiz kimi görünən qarşıdakı 2 matçdan sonra nə qərar veriləcək. Yenə millinin başına kimlər gələcək, hansı planlar qurulacaq. Ümid edək ki, ona kimi federasiyada köklü dəyişikliklər olar. Və biz bugünkü kimi qalib olanda da ümidsiz, dilxor olmarıq. Gələcəyə böyük xəyallara quraraq boylanarıq. İndi isə sevinmək yox, həyəcanla gözləmək lazımdır.

XANOĞLAN İMANOV

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 11:20 GƏLİN və GÖRÜN!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu
19 Aprel 01:00 "Futbol əməliyyatı"