Azərbaycan millisini kimlər qazanac mənbəyinə çevirib?

18 İyun 2022 20:00 Milli komanda 1 038
Azərbaycan millisini kimlər qazanac mənbəyinə çevirib?

Azərbaycan millisinin Millətlər Liqasında startı fiasko ilə yadda qaldı. 4 matç keçirən yığma komanda aktivinə cəmi 4 xal yazdıra bildi.

Slovakiya və Qazaxsıtana məğlubiyyət fonunda tarixinin ən pis günlərini yaşayan, Ukrayna - Rusiya müharibəsi ilə bağlı ev matçlarını neytral meydanda keçirən belaruslu futbolçulardan 4 xal götürmək isə qəhrəmanlıq sayıla bilməz.

Amma qəhrəman olmağı bacarmayan futbolçular yaxşı pullar qazanmağı bacardı.

Belə ki, qələbəyə görə 30 min, bərabərliyə görə isə 15 min olmaqla milli üzvləri 45 min mükafat almış oldular. Axı niyə?

Milli komanda ölkənin şərəfini dünya arenasında qorumaq üçündür. O formanı geyinməyə özünü azərbaycanlı sayan hər kəs can atmalıdır və atır. Şərəf də pullamı qorunar? Təbii ki, yox!

Hə, mükafat olmalıdır. Amma şərəfli formada meydana çıxdığın hər matçda yox. Bu fromanı hər bir Azərbaycan vətəndaşının qorumaq kimi məcburiyyəti, məsuliyyəti var. Mükafat oldu, ya olmadı.

Mükafat isə onda olar ki, xüsusi əhəmiyyət kəsb edən qarşılaşma olar. Məsələn, Avropa Çempionatına getmək üçün pley-off matçına çıxmış olarıq, İtaliya, İngiltərə kimi nəhəngi məğlub etmiş olarıq, ən pis halda Millətlər Liqasında qrup lideri olmaq üçün hər hansı matçda meydana çıxmış olarıq.

Daha Belarus millisi ilə sonuncu pilləni tutmamaq, Millətlər Liqasında daha bir səbət aşağıda mübarizə aparmamaq üçün mübarizə aparanlara verilmir.

Mən futbolçuları qınamıram. Kim puldan, mükafatdan imtina edər ki? Ona da əminəm ki, bu mükafat olmasa, heç bir azərbaycanlı balası "niyə vermədin" - deyə hesab çəkməz. O zaman kim(lər)di bu işdə maraqlı olanlar? Düzdü, suala bizim konkret cavabımız yoxdur, amma bir cavab mütləq ki, var.

Futbolumuzu bu günə qoymaq bir dərtdi, dövlətin pulunu da mənasız mükafatlara, qələbələrə dağıtmaq ondan betər dərtdi.

XANOĞLAN İMANOV

Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!