"Real"ın hücumçuları 5 oyundur qol üzünə həsrət qalıb

27 Yanvar 2020 15:11 Maraqlı 556
"Real"ın hücumçuları 5 oyundur qol üzünə həsrət qalıb

İspaniya La Liqasının 21-ci turunda şəriki "Barselona"nın məğlubiyyətindən maksimum istifadə edərək vahid liderliyə yüksələn "Real"da işlər heç də qaydasında getmir.

Sportinfo.az xəbər verir ki, Madrid təmsilçisinin hücumçuları artıq 5 oyundur fərqlənə bilmirlər.

Son 5 qarşılaşmada qolları müdafiəçilər və yarımmüdafiəçilər vurublar. Hesabat turunda - "Valyadolid"lə matçda (1:0) da yeganə-qələbə topunun müəllifi Naço olub. Ona qədərki oyunlarda isə Karlos Kazemiro (2 dəfə), Rafael Varan (2 dəfə) və Luka Modriç fərqlənib.

Digər Xəbərlər
Xəbər Lenti