Əkiz qardaşdan 90+3-də fantastik qələbə qolu - VİDEO

27 Dekabr 2019 14:16 Maraqlı 1 239
Əkiz qardaşdan 90+3-də fantastik qələbə qolu - VİDEO

Meksika Aperturasının pley-off mərhələsinin ilk oyunu çərçivəsində keçirilmiş "Monterrey" - "Amerika" görüşündə azarkeşlər möhtəşəm qol izləyiblər.

Sportinfo.az xəbər verir ki, meydan sahibi komandanın 28 yaşlı argentinalı hücumçusu Roxelio Qabriel Funes Mori hakimin matçın əsas vaxtına əlavə etdiyi 4 dəqiqənin 3-cüsündə akrobatik zərbə ilə fantastik qol vuraraq komandasına çətin səfər öncəsi qələbə qazandırıb - 2:1. Bu komandaların cavab dueli dekabrın 30-da keçiriləcək.

Qələbə topunun müəllifi Argentina yığması və "Vilyarreal"ın müdafiəçisi Ramiro Funes Morinin əkiz qardaşıdır.

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!