Azərbaycan Premyer Liqa turnirini 2 medalla başa vurdu

24 Aprel 2022 23:40 Karate 509
Azərbaycan Premyer Liqa turnirini 2 medalla başa vurdu

Azərbaycan karateçiləri Portuqaliyanın Matozinyuş şəhərində keçirilən Karate1 Premyer Liqa turnirini iki medalla başa vurub.

Sportinfo.az xəbər verir ki, 68 kq-da çıxış edən qadın idmançı İrina Zaretska və 75 kq-da yer alan Fərid Ağayev finalda İtaliya təmsilçilərinə uduzaraq, gümüş medal qazanıblar.

Həlledici qarşılaşmalarda Zaretska Silvia Semeraro ilə, Ağayev isə Daniele Da Vivo ilə bacarmayıb.

Azərbaycanın digər 2 təmsilçisi Tural Ağalarzadə (67 kq) və Asiman Qurbanlı (+84 kq) isə bürünc medal qarşılaşmalarında məğlub olublar.

Digər Xəbərlər
Xəbər Lenti
23 Aprel 18:40 “İki seçimimiz var”
23 Aprel 16:30 Çək və bizə göndər!